Qısa cavab:
Ətraflı cavab:
Allah-taala “Casiyə” surəsinin 23-cü ayəsində öz nəfsini məbud seçən, bütün varını ona qurban verən kəslərdən söz açır. Allah belə şəxslərin hidayətə layiq olmadığını bildiyi üçün, onları azdırmış, qəlb və qulaqlarına möhür vurmuş, gözləri önündən pərdə asmışdır. Sözsüz ki, bu cür insanlar hidayətə layiq deyillər.
“اَفَرَاَیْتَ مَنِ اتَّخَذَ اِلَٰهَهُ هَوَاهُ وَاَضَلَّهُ اللَّهُ عَلَىٰ عِلْمٍ وَخَتَمَ عَلَىٰ سَمْعِهِ وَقَلْبِهِ وَجَعَلَ عَلَىٰ بَصَرِهِ غِشَاوَهً فَمَن یَهْدِیهِ مِن بَعْدِ اللَّهِ ۚ اَفَلَا تَذَکَّرُونَ”.
“Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?”
Həmçinin, “Maidə” surəsinin 70 və 71-ci ayələrində bir qrup inadkar yəhudiyə işarə edilir, hansı ki hərgah Allahın peyğəmbəri və elçisi onların nəfsi istəklərinə qarşı bir əmr gətirsəydi, müqavimət göstərərdilər; bəzilərini təkzib edər, bəzilərini də qətlə yetirərdilər.
Haqq müqabilində bu cür inadkarlıq, üstəlik özünü ilahi əzabdan sığortalanmış sanmaq nəticədə həqiqətlərə qarşı kor və kar olmalarına gətirib çıxardı. İlk öncə Allah onları öz rəhməti altına aldı və tövbələrini qəbul etdi. Lakin növbəti dəfə onların bir dəstəsi ilahi əhdi poub üsyan etdikləri üçün göz və qulaqları bir daha möhürləndi.
“لَقَدْ اَخَذْنَا مِیثَاقَ بَنِی اِسْرَایِیلَ وَاَرْسَلْنَا اِلَیْهِمْ رُسُلًا ۖ کُلَّمَا جَاءَهُمْ رَسُولٌ بِمَا لَا تَهْوَىٰ اَنفُسُهُمْ فَرِیقًا کَذَّبُوا وَفَرِیقًا یَقْتُلُونَ * وَحَسِبُوا اَلَّا تَکُونَ فِتْنَهٌ فَعَمُوا وَصَمُّوا ثُمَّ تَابَ اللَّهُ عَلَیْهِمْ ثُمَّ عَمُوا وَصَمُّوا کَثِیرٌ مِّنْهُمْ ۚ وَاللَّهُ بَصِیرٌ بِمَا یَعْمَلُونَ”
Budur, nəfsə qulluğun acı nəticələrindən biri. Hətta, Allah peyğəmbərlərinin qanını tökürlər, amma bu işin çirkinliyini duymurlar.
“یَقْتُلون” – ibarəsinin indiki zaman bildirən fel kimi işlənməsi bu işin yəhudilər üçün bir peşəyə çevrildiyini göstərir. Hər kəs onların nəfsi istəklərinə çıxsaydı, onun qətlinə fərman verirdilər.
“Məhəmməd” (s) surəsinin 16-cı ayəsində bir sıra münafiqlərə işarə edilir ki, Peyğəmbərin (s) yanına gəlib sözlərini dinləyirdilər. Ondan ayrıldıqları zaman isə möminlərin yanında onu istehza edirdilər.
“وَمِنْهُم مَّن یَسْتَمِعُ اِلَیْکَ حَتَّىٰ اِذَا خَرَجُوا مِنْ عِندِکَ قَالُوا لِلَّذِینَ اُوتُوا الْعِلْمَ مَاذَا قَالَ آنِفًا ۚ”
“Onların (münafiqlərin) elələri var ki, sənə (sözlərinə) qulaq asır, nəhayət sənin yanından çıxanda (ilahi) elm verilmiş kəslərə (istehza ilə və ya mətləbə diqqətsizlikdən) “(peyğəmbər) indi nə dedi?” deyirlər. Onlar Allahın qəlblərinə (bədbəxtlik) möhürü vurduğu və nəfsi istəklərinə tabe olan kəslərdir.”
Quran buyurur: Nəfsi istəklərinə tabe olduqlarından dolayı Allah qəlblərinə möhür vurub;
“اُولَٰیِکَ الَّذِینَ طَبَعَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَاتَّبَعُوا اَهْوَاءَهُمْ”.
Bu üç ayə nəfsə qulluq və itaətlə müəyyənləşdirmə gücünün itirilməsi ilə əlaqəsini üzə çıxarır.
Nəfsə qulluq həqiqətin dərkinə niyə də mane olmasın? Halbuki, bir şeyə ifrat bağlılıq insanın varlığını özünə cəlb edir; ondan başqasını görmür, ondan başqası haqda düşünmür.
Qulağa çox dəyən bir hədisdə Peyğəmbər (s) buyurur:
“حُبُّکَ لِلشَّىء یُعْمِى وَیُصِمُّ” (1)
“Sənin bir şeyə əlaqən gözünü kor, qulağını kar edər”.
Həm Peyğəmbərdən (s), həm də Əmirəl-möminin Əlidən (ə) nəql edilən bu nurlu kəlam demək olar ki, hər kəsə məlumdur:
“اَمَّا اتِّباعُ الْهَوى فَیَصُدُّ عَنِ الْحَقِّ” (2)
“Nəfsi istəklərə uyma, insanı haqdan saxlayar”.
Bu məsələ o qədər aydındır ki, ərəb zərbül-məsəlinə çevrilib:
“صاحِبُ الْحاجَهِ اَعْمَى لا یَرَى اِلاَّ حاجَتَهُ”
“Möhtac kor kimidir, ehtiyacından başqasını görməz”!
Mal, şəhvət və məqam eşqində qərq olan insanın bütün vücud sərmayəsini ona çatmaq üçün səfərbər etmişsə, ondan ba
Şərh qeydə alınmayıb