hli sünnt16 Material

OSMANIN “ZUN-NUREYN” LƏQƏBİ İLƏ VƏSFİ

Əhli-sünnət mənbələrində Osmanın “Zun-nureyn” olması barəsində olan rəvayət etibarlıdırmı?

Zəhəbi “Mizanul-etidal” kitabında yazır: “Bu hədis saxta və uydurmadır, Əli ibn Cəmil tərəfindən məşhurlaşmışdır. Əbul-Qasim Bəşran da “Əmali” kitabında onu Məhəmməd ibn Əbd ibn Amir Səmərqəndinin vasitəsilə nəql etmişdir. Qeyd etmək lazımdır ki,  o, çox yalançı bir adam və həddindən artıq hədis düzəldən şəxs olub.”

ÖMƏRİN "FARUQ" VƏ ƏBUBƏKRİN "SİDDİQ" ADLANDIRILMASI

Əhli-sünnənin Ömərin “Faruq” və Əbubəkrin "Siddiq" adlandırılması barədə nəql etdikləri rəvayətin etibarı varmı?

Bu hədis Əli ibn Cəmil Rəqqinin düzəltdiyi saxta hədislərdəndir. Təbəranı onu nəql edərək yazır: “Bu hədis saxtadır. Əli ibn Cəmil həddindən artıq özündən hədis uyduran adamdır. Bu hədisi yalnız o nəql etmiş, Məruf ibn Əbi Məruf Bəlxi və Əziz ibn Əmr Xorasani – o da saxta hədis düzəldən bir adam olmuşdur – də bunu ondan oğurlamışlar.”

MEYMUN İBN MEHRANIN RƏVAYƏTİNƏ GÖRƏ “İLK MÜSƏLMAN”

Meymun ibn Mehranın “ilk müsəlman” barəsindəki əqidəsi nədir?

Hədisin ravisi Meymun ibn Mehran Əlinin (ə) düşmənlərindən hesab olunur. Digər ravisi olan Furat ibn Saib isə rical alimlərinin nəzərində zəif hesab olunur. Əgər bu hədis düz olsaydı, onda camaatdan hər hansı biri Əbubəkrin xilafəti dövründə, yaxud sonrakı əsrlərdə onun imamətini sübut etmək üçün Əbubəkrin ilk islam gətirdiyinə əsaslanardı.

ƏHLİ-SÜNNƏT ALİMLƏRİ VƏ “QAPILARIN BAĞLANMASI” HƏDİSİ

Əhli-sünnət alimləri “qapıların bağlanması” hədisini hansı ifadələrlə nəql etmişlər?

Hakim Nişapuri öz sənədləri ilə İbn Abbasdan Həzrət Əli (əleyhis-salam) haqqında – yalnız ona məxsus olan – on xüsusiyyət nəql etmişdir, onlardan biri də Əlinin qapısından başqa sair insanların məscidə açılan qapısının bağlanmasıdır.

ƏHLİ-SÜNNƏT VƏ “NUR” HƏDİSİ

Əhli-sünnət alimləri “Nur” hədisini hansı ifadələrlə nəql etmişlər?

İbn Məğazili Şafei Salmandan belə nəql edir: Həbibim Məhəmmədin (s) belə buyurduğunu eşitdim: “Adəmin yaranışından dörd min il qabaq mən və Əli Allah yanında vahid bir nur idik. O nur Allaha təsbih və təqdis deyirdi. Allah Adəmi yaradan zaman həmin nuru onun sülbündə qərar verdi. O nur daim bir yerdə idi. Nəhayət Əbdül-Müttəlibin sülbündə biz bir-birimizdən ayrıldıq. Nübüvvət mənə, xilafət isə Əliyə verildi.”

 

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

قال الرضا عليه السلام :

«ان يوم الحسين اقرح جفوننا و اسبل دموعنا و اذل عزيزنا بارض کرب و بلاء و اورثناءالکرب و البلاء الي يوم الانقضاء»

بحارالانوار، ج 44، ص 284