li haqq ildir8 Material

ƏHLİ-SÜNNƏ VƏ “AMAN” HƏDİSİ

Əhli-sünnə alimləri “Aman hədisi” adı ilə məşhur hədisi hansı ifadələrlə nəql etmişlər?

İbn Həcər və Süyuti bu hədisi belə nəql etmişlər:“Ulduzlar yer əhlinin qərq olmaqdan əmin-amanlıq vasitəsidirlər, mənim Əhli-beytim isə ümmətimin ixtilafdan amanda qalması üçün bir vasitəsidir. Ərəblərdən hər hansı bir dəstəsi onlarla müxalifət etsə, onların özlərinin arasında ixtilaf düşər və İblisin dəstəsinə keçərlər.”

ƏHLİ-SÜNNƏ ALİMLƏRİ VƏ "ƏLİYYUN MƏƏL-HƏQQ" (“ƏLİ HAQQ İLƏDİR”) HƏDİSİ

Əhli-sünnə alimləri "Əliyyun məəl-həqq" hədisini hansı ifadələrlə nəql etmişlər?

Əliyyun məəl-həqq" (“Əli haqq ilədir”) hədisini əhli-sünnə alimlərindən bir çoxu öz kitablarında nəql etmişlər, o cümlədən Xətib Bəğdadi, Heysəmi, İbn Quteybə, Zəməxşəri, Təbərani, Hakim Nişapuri, Fəxr Razi, Hafiz Gənci və Xətib Xarəzmi.

“AMAN” HƏDİSİNDƏKİ ƏHLİ-BEYT

“Aman” hədisində Əhli-beyt dedikdə kimlər nəzərdə tutulur?

Digər rəvayətlərə müraciət etməklə bu hədisdə Əhli-beytin kimlərdən ibarət olduğunu dərk etmək olar. Misal üçün, müşahidə edirik ki, “Səqəleyn” hədisində Əhli-beyt Peyğəmbərin (s) nəsli kimi təfsir olunur. “Təthir” ayəsi barəsində nəql olunan “Kəsa” hədisində də Əhli-beyt kəlməsi kəsa səhabələrindən olan beş nəfərə: Peyğəmbər (s), Əli, Fatimə, Həsən və Hüseynə tətbiq edilir.

 

“ƏLİYYUN MƏƏL-HƏQQ”HƏDİSİNİN SƏNƏDİNİN DÜZGÜNLÜYÜ

“Əli haqq ilədir”hədisinin sənədinin düzgünlüyün hansı yolla isbat etmək olar?

Bu hədisə Tirmizinin, Əbu Yəla Musilinin, Heysəminin, Hakim Nişapurinin, Zəhəbi və Hafiz Təbəraninin əsərlərində rast gəlmək mümkündür. Tirmizi bu hədisi “qərib” adlandırmışdır. Başqa nəqllərdə də hədisin ravilərinin adı ilə əlaqədar müxtəlif maraqlı fikirlər var.  

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمام علىٌّ(عليه السلام)

غايةُ المَکارِم الإيثارُ

اوج مکارم اخلاق، ايثار است

ميزان الحکمه، جلد 1، ص 24