nsan7 Material

? ÖLÜM "SƏKƏRATI" NƏ DEMƏKDİR

Ölüm "səkəratı" nə deməkdir?

Bu sözün mənası sərxoşluğa bənzər bir hal deməkdir. Bu hal hadisənin ağırlığından irəli gəlir və insanı şiddətli iztiraba salır, amma sərxoşluq deyil. Bu, bir keçid halıdır ki, mömin insan üçün də asan deyil. Çünki uzun illər bu bədənə öyrənmiş və ona bağlanmışdır.
Lakin şübhəsiz ki, bu dünyaya xüsusi məhəbbət bəsləyən insanların o dünyaya keçməsi ondan qat-qat çətin və sevdiklərindən əl üzmək daha çətindir.

 

CƏNNƏT ÇAYLARI

Cənnətin çayları neçə qisimdir?

Qurani-kərimin ayələrindən aydın olur ki, Cənnətdə müxtəlif çaylar və bulaqlar var. Misal üçün bir ayədə deyilir ki, Təqvalılara vəd edilmiş Cənnətin vəsfi (belədir): Orada dad və ətiri qaçmamış saf sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütün ləzzət olan şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır.

RUHLARIN ALINMASI

İnsanın ruhu necə alınır?

Qurani-Kərimin bəzi ayələrinə görə bu vəzifəni öhdəsinə götürmüş çox sayda mələklər var. Onlara insanların ruhlarını bu dünyadan o dünyaya köçürmək əmr olunmuşdur. Digər ayədə də bu vəzifənin ölüm mələyinə aid edildiyini görürük. Bəzi ayələrdə isə ruhun alınmasının Allahın özünə aid edildiyini (ruhların Allahın özü tərəfindən alındığını) görürük.

AİLƏ İLƏ BİRLİKDƏ

İnsan Cənnətdə ata və anasının yanında ola bilərmi?

“Tur” surəsinin 21-ci ayəsindən başa düşülür ki, atalarının yolunu gedən, iman baxımından onların davamçısı olan övlad və zürriyyələr cənnətdə onlara qoşula biləcəklər:

 “İman gətirmiş və övladları imanda onlara tabe olmuş kəslərin övladlarını onlara qovuşduracaq və onların əməllərindən bir şey azaltmayacağıq.”

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت

رسول الله(صلى الله عليه وآله)

ظُلمُ الأجِيرِ أجرَهُ مِن الکبائِر

کم دادن مزد مزدبَر (کارگر) از گناهان بزرگ است

ميزان الحکمه، جلد 1، ص 38